BANK

25 Avqust

AMB “Capital Partners İnvestisiya Şirkəti”nə xəbərdarlıq etdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Capital Partners İnvestisiya Şirkəti” QSC-yə xəbərdarlıq edib.

Finss.az xəbər verir ki, AMB tərəfindən aparılan tematik yoxlamalar nəticəsində şirkətin “İnvestisiya şirkətlərində korporativ idarəetmə standartları”nın tələblərinə tam əməl etmədiyi müəyyən olunub.

Məlumata görə, bu səbəbdən “Capital Partners İnvestisiya Şirkəti”-nə xəbərdarlıq edilib və aşkar olunan pozuntuların ən qısa zamanda aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.

Fuad Mədətov
Finss.az